XANƏGAH MEMARLIQ KOMPLEKSİ

Virtual Səyahət
Qalareya
Video Qalareya
Məkanın xəritədə yeri

Xanəgah Memarlıq Kompleksi Culfa rayonunun Xanəgah kəndindən şimal-şərq tərəfdə yerləşir. Kompleks türbə, məscid və digər tikililərdən ibarətdir. Kitabəsindən məlum olur ki, kompleksin əsasını təşkil edən türbə Uluğ Qutluğ Lələ bəyin əmrilə Xacə Cəmaləddin tərəfindən inşa edilmişdir. Türbə memarlıq quruluşuna görə XII əsrə aid edilir.

Türbənin daxilindəki qəbirdə XIV əsrdən etibarən Azərbaycanda geniş yayılan hürufilik təliminin banisi Fəzlullah Nəimi dəfn edilmişdir. Xanəgah kompleksinə bitişik, cənub tərəfdə inşa edilmiş türbə-məscidin kitabəsindən aydın olur ki, türbə-məscid Şeyx Hacı Lələ Məlikin xatirəsinə Həvva Bədr Bikə xatının səyi ilə hicri təqvimi görə 901-ci ildə (1496-cı il) inşa olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə kompleks 2005-ci ildə bərpa olunmuş, 2016-cı ildə abidələrin ətrafında yenidənqurma işləri aparılmışdır.

keyboard_arrow_up