QARABAĞLAR TÜRBƏ KOMPLEKSİ

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən, XII-XIV əsrlərə aid olan Qarabağlar Türbə Kompleksi Şərq memarlığının incilərindən sayılır. Qoşa minarəli baştağ XII əsrdə,  türbə isə XIV əsrdə Bərdə türbəsinin memarı Əhməd Əyyub oğlu Naxçıvani tərəfindən inşa edilmişdir. Kompleks bir türbə və qoşa minarəli baştağdan ibarətdir. Qoşa minarəli baştağın üzərində kitabənin mətnindən aydın olur ki, kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən bərpa olunmuşdur.

keyboard_arrow_up