XATİRƏ MUZEYİ

Virtual Səyahət
Qalareya
Video Qalareya
Məkanın xəritədə yeri

Xatirə muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır.Muzeyin ekspozisiyası xronoloji ardıcıllıqla qurulub. Ekspozisiya 1905-1907-ci, 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 yanvar faciəsini, 1992-ci il 26 fevral Xocalı soyqırımını əks etdirən eksponatlarla zəngindir. Muzeydə 1990-cı illərdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş soydaşlarımızın keçdiyi döyüş yolunu əks etdirən fotoşəkillər, şəxsi əşyalar da nümayiş etdirilir.

keyboard_arrow_up