“NAXÇIVANQALA” TARİX-MEMARLIQ MUZEY KOMPLEKSİ

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvanın qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Naxçıvan şəhərinin cənub-şərqində yerləşən bu tarixi abidə elmi ədəbiyyatda və xalq arasında Köhnəqala, Naxçıvanqala adları ilə də tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aid olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. Kompleksdə yaradılmış arxeoloji-etnoqrafik sərgidə tarixi əşyalar xronoloji ardıcıllıqla nümayiş etdirilir. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis qab və alətlər, qəbirüstü abidələr, silahlar muzeyin eksponatları sırasındadır.

Kompleksin ekspozisiyasındakı görkəmli rəssam Şamil Qazıyevin (1908-1980) “Xırmanda”, “Taxılbiçənlər”, “Çarıqçılar”, “Qalayçılar”, “Öküzlərin nallanması”, “Örtülü bazar”, “Naxçıvanqala”, “Köhnə Naxçıvan” və başqa tabloları realist təsviri və etnoqrafik cizgiləri ilə qədim Naxçıvan haqqında təsəvvür yaradır.

keyboard_arrow_up
Warning: Unknown: open(/home/www/virtualnakhchivan/tmp/sess_v7a1nr8s4ap4puruog16u0j4i5, O_RDWR) failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/www/virtualnakhchivan/tmp) in Unknown on line 0