Naxçıvan Dövlət Universiteti

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının ali məktəblər ailəsində özünəməxsus yer alan universitetlərindən biridir. Universitetin 108  hektarlıq ərazisində  hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulmuşdur. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqlarla təchiz edilmiş elektron auditoriyalar, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana müəllimlərə və tələbələrə xidmət edir. Universitetdə bütün ərazini əhatə edən Wi-Fi simsiz internet sistemi mövcuddur.

Naxçıvan Dövlət Universiteti dünyanın dörd qitəsində 50-dən çox universitetlə əməkdaşlıq müqavilələri imzalamışdır. Universitetdə TEMPUS proqramı üzrə üç qrant layihəsi həyata keçirilməkdədir. Üzvü olduğu Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu Universitetləri Rektorlarının Birliyi Naxçıvan Dövlət Universitetinin əlaqələrinin genişlənməsində və birgə layihələrin, beynəlxalq simpoziumların təşkilində mühüm rol oynayır.

Naxçıvan Dövlət Universitetindəki Televiziya studiyası, “Nuhçıxan” radiosu, teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri burada mədəni mühitin inkişafına xidmət edir. Universitetdə tələbə idmançılar üçün ən müasir imkanlar yaradılmışdır.

Naxçıvan Dövlət Universitetində yüksək səviyyədə ali təhsil almaq, geniş bilik və dünyagörüşü qazanmaq, bacarıqları və qabiliyyətləri inkişaf etdirmək, asudə vaxtı maraqlı və mənalı keçirmək üçün hər cür şərait və böyük imkanlar vardır.

Universitetin Tələbə evi ənənəvi tələbə yataqxanalarından fərqli olaraq hər cür imkanlara malikdir.

keyboard_arrow_up