MÖMİNƏ XATIN TÜRBƏSİ

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Möminə Xatın türbəsi Naxçıvan şəhərinin mərkəzində, “Əcəmi seyrəngahı”nda yerləşir. Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunan abidə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir. Azərbaycan Atabəyləri dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmiş arvadı Möminə Xatının xatirəsinə bu türbənin tikilməsini əmr etmişdir. Ancaq o özü də arvadından az sonra vəfat etdiyi üçün bu işi oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır. Türbənin sərdabəsində Möminə Xatından sonra Atabəy Şəmsəddin Eldəniz və oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan da dəfn olunmuşdur.

Türbənin üzərində olan əsas kitabədə türbənin təyinatı ilə əlaqədar verilən məlumatlarla yanaşı “Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar! İlahi, bəd nəzərdən uzaq elə!” sözləri yazılmışdır. Türbə üzərində yazılan digər kitabələrdən aydın olur ki, abidənin tikintisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən hicri təqvimi ilə 582-ci ilin məhərrəm ayında (aprel, 1186-cı il) başa çatmışdır.

2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri aparılmışdır.

keyboard_arrow_up
Warning: Unknown: open(/home/www/virtualnakhchivan/tmp/sess_04ap713nn5e74g2bhds31vom05, O_RDWR) failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/www/virtualnakhchivan/tmp) in Unknown on line 0