HEYDƏR ƏLİYEV MUZEYİ

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılmış, 1999-cu il mayın 10-dan fəaliyyət göstərmişdir. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri nümayiş olunur. Bundan əlavə ulu öndər Heydər Əliyevə müxtəlif illərdə təqdim olunan dövlət təltiflərinin surətləri, ulu öndərin 80, 85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyaları muzeyin eksponatları içərisindədir. 1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edilən dövlət bayrağı da muzeydə saxlanılır. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları sərgilənir.

keyboard_arrow_up
Warning: Unknown: open(/home/www/virtualnakhchivan/tmp/sess_sroin00u1lmq7v32virrdb1381, O_RDWR) failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/www/virtualnakhchivan/tmp) in Unknown on line 0