DÖVLƏT BAYRAĞI MUZEYİ

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış, 2014-cü il noyabrın 17-də fəaliyyətə başlamışdır.

Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir.

Muzeydə XIX əsrə aid Kəngərli süvari dəstəsinin döyüş bayrağı, XII əsr Eldənizlər dövlətinin bayrağının, Naxçıvan xanlığının gerbi və bayrağının (1747-1828-ci illər), Kəngərli süvarilərinin fəxri bayrağının, Naxçıvan qəzasının gerbinin, Naxçıvan bəy drujinasının bayrağının, Naxçıvanda zərb olunmuş sikkələrin fotosurətləri, eləcə də müxtəlif dövrlərə aid dövlət bayraqları nümayiş etdirilir.

Azərbaycan Respublikasının inzibati-siyasi xəritəsi, XII əsrdə yaranmış Azərbaycan Eldənizlər dövlətinin xəritəsi, Naxçıvan xanlığının 1747-1828-ci illərə aid xəritəsi, Araz-Türk Respublikasının (noyabr 1918 - mart 1919) və Naxçıvan Sovet Sosialist Respublikasının (1920-1922-ci illər) xəritələri, həmçinin Naxçıvanın (1924-cü il) inzibati-ərazi bölgüsünü əks etdirən xəritə də muzeyin ekspozisiyasında yer almaqdadır.

keyboard_arrow_up