BƏHRUZ KƏNGƏRLİ MUZEYİ

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılmışdır.

Bəhruz Kəngərli Muzeyinin binası Naxçıvan şəhərində Atatürk və İstiqlal küçələrinin kəsişməsində 1897-ci ildə tikilmişdir. Muzeydə Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən eksponatlar, rəssamın orijinal əsərləri, rəsm əsərlərinin fotosurətləri nümayiş olunur. Bəhruz Kəngərli irsinin yaşadılması ilə bağlı rəsmi sənədlərin surətləri, görkəmli rəssamın büstü muzeyin eksponatları sırasındadır. Muzeydə həmçinin Bəhruz Kəngərlinin azərbaycanlıların soyqırımına həsr olunmuş “Qaçqınlar” silsiləsindən əsərlər də nümayiş olunur.

keyboard_arrow_up